Samir Cavadzadə deyib.
“Uzun müddət idi, fasilə vermişdim. Rusiyada yaşayırdım, musiqi ilə məşğul olurdum. Sonra davam etməyərək ölkəyə qayıtdım. Rusiya şou-biznesinə qoşulmaq üçün komanda lazımdır, prodüser, menecer lazımdır. Müğənni sadəcə oxuyub, çıxışını göstərməlidir. Ora Rusiya şou-biznesidir, şou proqram deyil ki, hamı qoşulsun”.
Bu sözləri müğənni Samir açıqlamasında deyib.
O, yeni təqdim etdiyi klipindən də danışıb: “Hər şey bir günün içində baş verdi. Cəlal Qurbanov zəng edib, gözəl mahnı yazdığını dedi. Sadəcə qulaq asmaq üçün studiyada görüşdük. Qulaq asan kimi bəyəndim və “Sev məni” mahnısını lentə aldırdım. Sonra klip çəkdirdim”.
Müğənni tənbəl və depressiyaya meylli olması barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Çoxlu mahnı təqdim etməməyim, tənbəllikdən deyil. Gözəl işlər olmasını istədiyim üçün az və öz işlər görürəm. Depressiyaya meylli olmağıma gəldikdə isə o kənardakılara elə gəlir. Mən uzağı iki gün kefsiz ola bilərəm, sonra hər şey qaydasına düşür. Tək qalaraq içimdə hər şeyi həll edirəm. Bəzən tək olanda ağlayıram. Onsuz da kişilər tək qalanda ağlayır”.










