Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Qız qalası” filminin təqdimat mərasimi keçirilib.
Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Qız qalası” filminin təqdimat mərasimi keçirilib.
Fantastik komediya janrında çəkilən filmə İlham Qasımovun ekran həyatı verib. Layihədə Kəmalə Piriyeva, Elməddin Cəfərov, Reza Naji, Ziya Ağa və başqaları rol alıb.
Qala gecəsində maraqlı məqamlardan biri isə baş qəhrəmanlardan Ziya Ağa və Çinarə Məlikzadənin gecədə iştirak etməməsi olub. Rejissor İ.Qasımov bildirib ki, Çinarə İstanbulda, Ziyanın isə Akademik Milli Dram Teatrında tamaşadadır.
Qeyd edək ki, “Qız qalası” əfsanəsinin motivləri əsasında çəkilən film Bakı şəhəri ərazisində çəkilib və büdcəsi yarım milyona yaxındır.










