Ukrayna bu il keçiriləcək “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Ukrayna bu il keçiriləcək “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb isə müsabiqədə iştirak etməsi nəzərdə tutulan namizədlərin bu yarışmadan imtina etməsi olub. Əvvəlcə müğənni Maruv (Anna Korsun), daha sonra milli seçim turlarında ikinci və üçüncü yerləri tutmuş sənətçilər yarışmada iştirak etməkdən imtina edib.
Ukraynanın Milli Teleradio Şirkəti isə belə bir açıqlama yayıb: “İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi. Çünki tamaşaçıların milli seçimlərdəki qərarların hörmətlə yanaşılır”.
Qeyd edək ki, iki gün öncə Maruv öz “İnstagram” səhifəsində qeyd edib ki, yarışmadan imtina qərarı Ukraynanın Milli İctimai Televiziya və Radio Şirkətinin onun nə vaxtsa Rusiyada verdiyi konsertlərdən narazı qalması ilə əlaqədardır:
“Mən Ukrayna vətəndaşıyam, öz vətənimi sevirəm, vergi ödəyirəm. Amma öz musiqimi ölkəmizin siyasi məsələlərinə qatmağa hazır deyiləm. Mən musiqiçiyəm, siyasi səhnədə deyiləm”. Daha sonra Maruv ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Həmçinin qeyd edib ki, heç bir senzura olmadan yaradıcılıqla məşğul olmaq, musiqisini bütün dünyaya çatdırmaq, təbliğ etmək istəyir.
Xatırladaq ki, 2017-ci ildə Kiyevdə keçiriləcək “Eurovision” yarışmasında Rusiya iştirak etməmişdi. Belə ki, Ukrayna Rusiya təmsilçisi Yuliya Samoylovanı öz ölkəsinə girişinə qadağa qoymuşdu.










