Aktrisa Beren Saatla müğənni həyat yoldaşı Kənan Doğulunun boşanacağı haqqında xəbərlər yayılıb.
Aktrisa Beren Saatla müğənni həyat yoldaşı Kənan Doğulunun boşanacağı haqqında xəbərlər yayılıb.
Türkiyə mətbuatı xəbər verir ki, ötən gün doğum günü olan aktrisa sosial şəbəkədə makyajsız, ağ-qara fotosunu paylaşaraq çətin günlər keçirdiyini yazıb. Onun bu addımı məşhur cütlüyün boşanacağı haqqında xəbərlərin yayılmasına səbəb olub. Hətta, K. Doğulunun Bereni sosial şəbəkədə təbrik etməməsi sözügedən iddiaları gücləndirib. Çünki ifaçı ötən il Saatın fotosunu paylaşaraq, ona eşq elan etmişdi.
Qeyd edək ki, 2012-ci ildə tanış olan Kenanla Beren 2014-cü ildə Los Ancelesdə ailə qurub. Onların övladları yoxdur.
Mediada tez-tez Berenlə Kənanın anasının problemlər yaşadığı barədə xəbərlər yayılır.











