Müğənni Kərim Abbasov “Ləkə” adlı mahnıya çəkdirdiyi klipin təqdimat mərasimi keçirib.
Müğənni Kərim Abbasov “Ləkə” adlı mahnıya çəkdirdiyi klipin təqdimat mərasimi keçirib.
Təqdimatda şou əhli və media nümayəndələri bir araya gəlib.
Klip izləndikdən sonra Kərim klip haqqında danışıb: “Klipdən öncə PR-ını aparmaq istədik. Görüntüləri jurnalist İsaya atdım ki, paylaşsın. Amma məsələ başqa istiqamətə getdi. Gah dedilər, klipdə rol alan rəqqasə Renka ilə sevgiliyəm, gah dedilər, ailəmi dağıdıram. Biz iki sevən insanın həyatını göstərmişik. Mahnıda 5 ildir ki, gözüm qalmışdı, bir nüans var idi, həll olmurdu. Mahnıya elə nəfsimi saldım ki, satılmadı. Nəhayət, mənə qismət oldu. Mən də sevərək klip çəkdirdim”.
Qeyd edək ki, bəstənin sözləri və musiqisi İsmayıl Əliyevə məxsusdur. Ekran işinin rejissoru Nicat Zeynallıdır.
Sözügedən klip təqdim olunmamışdan əvvəl kadrarxası səhnələr sosial şəbəkədə yayılmış, Kərim və Renka səmimi görüntülərə görə tənqidlərə məruz qalmışdı.










