Sosial şəbəkələrdə və bəzi media orqanlarında müğənni Damlaya aid olduğu iddia edilən intim video yayılıb.
Sosial şəbəkələrdə və bəzi media orqanlarında müğənni Damlaya aid olduğu iddia edilən intim video yayılıb. Sözügedən görüntülər qısa zamanda geniş yayılıb və müzakirələrə səbəb olub. Müğənninin meneceri Şamil məsələyə aydınlıq gətirib.
O, mediaya göndərdiyi açıqlamada yayılan görüntülərdəki qadının Damla olmadığını bildirib: “Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin. Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni 30.05.2018-ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları “kare” və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər- böhtanla yox”.
Damla saytımıza açıqlamasında fevralın 28-də yeni klipinin təqdimatında mövzu ilə bağlı geniş açıqlama verəcəyini bildirib.
Müğənninin meneceri ilə yanaşı, şou əhli də Damla haqqında paylaşım ediblər. Müğənni Xatun, Sevil və Sevinc bacıları, Türkan Vəlizadə, aparıcı Vüsalə Əlizadə və başqaları müğənniyə dəstək olduqlarını bildiriblər.
Qeyd edək ki, bir müddət öncə ifaçı şəxsi həyatı ilə gündəmə gəlmişdi. İfaçının məmurla sevgili olduğu haqda xəbərlər yayılmışdı.










