Əməkdar artist Röya Ayxan aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.
Əməkdar artist Röya Ayxan aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.
Röya ötən il qalmaqal yaşadığı xalq artisti Flora Kərimova haqda xoş sözlər səsləndirib. İfaçı verilişdə F.Kərimovanın "Tapar məni" mahnısını sevərək, dinlədiyini etiraf edib.
O, həmkarı Elnarə Xəlilova haqda sərt danışıb: "Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir "UZİ"-yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.
Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualını belə cavablayıb: “Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.
Əməkdar artist həmçinin illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını, hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.
İfaçı onu aldadaraq 30 min dollarını verməyən təşkilatçıdan da bəhs edib: “Mənim bir milyon manatım yoxdur. Ümumiyyətlə mənə pul yığmaq düşmür. Moskvada konsertimi təşkil edən Samira mənim pulumu yedi. Yeni ildə 1000 dollar borc aldım ki, evə bazarlıq edim. Dedim, mənim zəhmətimi yemək haramdır, amma o da qadındır. 30 min dollar zərər etdim”.
Röya proqramda qadın azadlığı barədə müzakirələrə səbəb olacaq açıqlama da verib: “Rayonda qadınlar var ki, uşaqlar böyüdüb, vəzifədə əyləşirlər. Kişiylə qadın bərabər deyil, kişilər üstündür. Amma 9-ci sinifdə şalvar geyindiyim üçün döyülmüşəm. Qadın kimi problemlər yaşamışam. Qadın çox da azad olmasa, yaxşıdır. Bütün qadınlar ağıllı deyil. Qadın həyatda nə istədiyini bilməlidir. Necə ata-anaya deyim ki, qızını küçəyə burax? Buraxmasınlar. Yaxşı ki, qızım olmayıb, zülm çəkərdim. Qızımı bədbəxt edərəm”.










