Kərimlə yayılan videomuz unudulacaq
Rəqqasə Renka müğənni Kərim Abbasovla yayılan səmimi görüntülərindən danışıb.
Rəqqasə “Hər şey daxil” verilişinə telefonla bağlanaraq, məsələyə aydınlıq gətirib: “İstədik ki, klip çıxsın, sonra bu haqda danışaq. O görüntülər klipdəndir. Xəbərim olmadan həmin klipin görüntüləri paylaşılıb. Rusiyada böyümüşəm, bu, mənim üçün adi şeydir. İlk dəfə reper “Qurd”un klipində çəkilmişəm. Ən açıq-saçıq çəkilən rəqqasəyəm. Sabah bu video yaddan çıxacaq. Klip möhtəşəm olacaq”.










