Təranə Qumralın “Xəzər” televiziyasında qadağa qoyulub
Müğənni Təranə Qumralın “Xəzər” televiziyasında qadağa qoyulması haqqında xəbərlər yayılıb.
Belə ki, bir müddət öncə "Hər şey daxil" verilişinə dəvət olunan Təranə orada proqramın layihə rəhbəri və aparıcısı Tarix Əliyevlə (Tolik) dava edib. Buna səbəb isə müğənni Nazənin olub.
Nazənin studiyada olan Təranəyə görə başqa bir otaqda növbəsini gözləyib. O, Təranə getdikdən sonra studiyaya girəcəyini deyib. Tolik Təranəyə oxuduqdan sonra gedə biləcəyini bildirib.
Bu vaxt isə T.Qumral studiyada səs-küy yaradıb və onu mühafizəçilərin köməkliyi ilə kanaldan çıxarıblar. Bundan sonra sözügedən telekanalda Təranə və Musa Musayev cütlüyünə qadağa qoyulub.
Musavat.com məsələ ilə bağlı Təranə Qumralla əlaqə saxlayıb. O, yayılan xəbərləri nə inkar, nə də təsdiq edib: “Onu kim yayıbsa, qələt edib. Hazırda yasdayam, danışa bilmirəm”.
Qeyd edək ki, məlum hadisə ilə bağlı ilk məlumatı axşam.az saytı yayıb.










