Məşhurlar etiraz etdi
Ötən gün xəyanətdə ittiham edilərək, videosu çəkilən və sosial şəbəkədə yayılan qadının görüntüləri müzakirələrə səbəb olub.
Sənət adamları da insanların görüntülərinin icazəsiz çəkilməsinə və istəmədən yayılmasına etiraz ediblər.
Xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Nüşabə Ələsgərli və teleaparıcı Elgiz Əkbər də etirazlara qoşulub.
![]()
N.Ələsgərli yaydığı videoda cinayət, əxlaqsızlıq, heyvanlara zorakılığın təbliğatına son qoymağa çağırıb: “Bəzi “İnstagram” səhifələrinə müraciət edirəm, ayıbdır. Hətta, “İnstagram” sizdən utanır, paylaşdığınız videoları pozur. Pis şeylər paylaşmaqla nə əldə edirsiz? Uşaqlar, abırlı-həyalı insanlar görür, utanırlar. Bu kimə lazımdır? Harada cinayət, əxlaqsızlıq, heyvanlara zorakılıq varsa, təbliğ edirsiniz. Bəsdirin, əsəblərimizlə oynamayın”.
![]()
Aktrisa N.Allahverdiyeva da etirazlara qoşulub: “3-4 dəqiqə bundan əvvəl bir paylaşımı gördüm. Bütün insanlar belə şeylərə “yox” deməlidir. Qadın ərinə xəyanət edir, kişi onun görüntüsünü çəkib paylaşır. Məni düzgün başa düşün, xəyanət edən kişiyə və qadına haqq qazandırmıram. Amma biabırçı paylaşımlar bizim cəmiyyətə nə verir?”
![]()
Teleaparıcı Elgiz Əkbər canlı yayına qoşularaq, gündəm mövzuya münasibət bildirib: “Dəhşətə gəlirəm, bütün bu hadisələr rayonlarda baş verir. Şəhərdə çox az-az rast gəlirik. Əyalətlərdə baş verəni isə çəkinmədən yayırlar. Ailənin abrını bu şəkildə yaymaq olmaz. Özüm uzun müddət sosial verilişlərin aparıcısı olmuşam. Ailə mövzusunda verilişlər hazırlamışam”.










