Nura yeni təqdim etdiyi “Dönmək olmur” mahnısından və klipindən də bəhs edib
“Son zamanlar start götürmüşəm, hər ay 1 klip çəkdirirəm, dayanmadan çalışıram. Bir müddət səviyyəli müğənnilər qış yuxusuna getmişdi, meydan bayağılara qalmışdı. Biz artıq qayıtmışıq, səviyyəli işlər təqdim edirik. Ona görə də bayağılar kənarda qalıb”.
Nura yeni təqdim etdiyi “Dönmək olmur” mahnısından və klipindən də bəhs edib:
“Gözəl iş alındı. Hündürlükdə çəkilişlər etdik, dublyor istifadə etmədik. Mən pilot qızıyam, hündürlüyü sevirəm. Klipdə psixopat sevgilisi tərəfindən boğulub, komaya düşən qadını canlandırıram, sonra ayılıram. Hər insanın yaşama səbəbi olmalıdır. Mən həyatda da komaya düşmüşəm, övladlarıma görə həyata qayıtdım.
- Həyatda sevgiliniz belə addım atsa, onu bağışlaya bilərsiniz?
- Mən güzgü kimiyəm kim mənə qarşı necədirsə, ona elə davranıram. Mən illər sonra bu qənaətə gəldim. 20 il bundan əvvəl indiki ağlım olsaydı, bir çox səhvləri etməzdim, bir çox hadisələrin qarşısını alardım. Mənim indi hisslərimi ağlım idarə edir. Gücüm ağlımdadır”
- Son günlər “Mash up” mahnılar dəbdədir. Sizin bu trendə qoşulmaq fikriniz var?
- Mən DJ Roşkaya dedim ki, gəl, 5-6 estrada müğənnisi klassik mahnılar götürüb oxuyaq. Dedi ki, düşünərəm, sonra gənclərlə çalışdı. Öz seçimidir. Amma mənim ideyam çox gözəl idi.
- Bir çox müğənniyə xoş olsa da, Murad Arif onun mahnılarının oxunmasına qadağa qoyub.
- Murad Arifə son vaxtlar özünü fərqli tərəfdən göstərmək istəyir. Gah deyir, dostu yoxdur, gah deyir, dostu olanın vay halına. Özünü niyə pis biri kimi qələmə verir? Mən xoşbəxtəm ki, dostlarım var. Bilmirəm Murada nə olub, kobud danışır. Biz azərbaycanlıyıq, qanımızda mərhəmət axır. O pis insan deyil.
- 3 ay ard-arda klip təqdim etdiniz. Hər dəfə də anons verdiniz. Fevralda necə klip olacaqmı?
- Gələn aya söz vermirəm, amma yaz aylarında yeni ekran işi təqdim edə bilərəm.
- Xalq artisti Brilliant Dadaşova “Ay Brilliantlar” mahnısını ifa etdi. Adətən müğənnilər onun mahnısını oxuyanda qıcıqlanır.
- Brilliant Dadaşova kimi xalq artisti mnəim mahnımı oxuyub, buna necə sevinməmək olar? Musiqi duyumu, sənəti, şəxsiyyəti olan, səviyyəli müğənni bizə dəyər verməsi, əladır. Amma it dəftərində adı olmayanların dəyər verməsi lazım deyil. Brilliant Ddaşova sənətdə məndən yüksəkdir. Mahnını mənim ifamda sevib, oxuyub. Bundan gözəl nə ola bilər?”
![]()
![]()
![]()










