Nura məşhurları başına topladı
Ötən gün müğənni Nura Suri paytaxt məkanlarının birində "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipə təqdimat mərasimi keçirib.
Musavat.com xəbər verir ki, ifaçı sənət dostlarını və media nümayəndələrini bir araya toplayaraq yeni işini nümayiş etdirib.
O, bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı mahnıya çəkilən ekran işinin davamıdır: "Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb. .hər şey çox maraqlı oldu".
Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra tort kəsilib.
Təqdimata qatılanlar arasında xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilist Elnur Həsənov, vizajist Nigar İbrahimova, modelyer Elnarə Bəkirova və digərləri olub.
Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur.













