Şeyma ilə bağlı şok açıqlama
Acun Ilıcalı ilə boşandıqdan sonra adı bir neçə dəfə sevgi münasibətlərində hallanan Şeyma Subaşı yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Fransız DJ ilə səmimi görüntüləri yayılan Subaşının onunla sevgili olduğu iddia edilib. Belə ki , Şeyma Subaşı Meksikada tətildə olan zaman fransız dj Guido ilə səmimi görüntülərini paylaşaraq diqqət çəkib.
Fransız DJ Guido isə sosial mediada izləyicisinin “Şeyma ilə bağlı suallara cavab vermirsiniz, münasibətiniz varmı?” sualına belə cavab verib: “Bəlkə də! Gəlin bunu qismətin öhdəsinə buraxaq”.










