Zaurdan Nazəninə qəribə sual
Müğənni Nazənin “5/5” verilişinin qonağı olub.
Ifaçıya veriliş zamanı aparıcı Zaur Kamal gözlənilməz sual verib.
Belə ki, Zaurun “Sevdiyiniz şəxsə bir xanım baxsa, həmin xanımın gözünü çıxardarsız” sualına Nazəninin cavabı gecikməyib: “Göz baxmaq üçün yaranıb. O nə deməkdir? Əsas xanımlardır. Xanımlar abır-həyalarını qorusunlar”.
Qeyd edək ki, Zaur Kamal qonaqlarına verdiyi gözlənilməz suallar və onlara qarşı atdığı addımlarla tez-tez gündəmə gəlir. Onun davranışları birmənalı qarşılanmayaraq tənqid edilir.










