Mükafatı ilk gətirən Röyanı unutmayın”
Əməkdar artisti Röya Ayxan “Altın Kelebek” mükafatını qazanan xalq artisti Aygün Kazımovaya söz atıb.
Röya sosial şəbəkədə ilk dəfə mükafatı özünün aldığını yazıb:
“"Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil edirəm və qeyd edim ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın".
Daha sonra Röya paylaşımını silib.
Qeyd edək ki, xalq artisti Azərbaycanda keçirilən səsvermə nəticəsində nüfuzlu tədbirdə mükafat almağa haqq qazanıb. Namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.










