Neslihan Atagül Bakının qonağı olacaq.
Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakının qonağı olacaq.
O, dekabrın 1-də “Altın Kelebek” ilə bağlı keçiriləcək mətbuat konfransında iştirak edəcək.
Dekabrın 2-də isə baş tutacaq konsertdə “İlin müğənnisi” ilə bağlı keçirilən səsvermənin nəticəsi bəlli olacaq.
Xalq artisti Aygün Kazımova, Dilarə Kazımova, Günay İbrahimli, Roza Zərgərli, Xatirə İslam, Aysel Əlizadə və Səmra Rəhimlidən hansının “Altın Kelebek” qazanacağı açıqlanacaq.
Qalib dekabrın 9-da Türkiyədə keçiriləcək “Altın Kelebek” mükafatlandırma gecəsində iştirak edəcək və mükafatını alacaq.










