Məşhur cütlükdən boşanma açıqlaması: “Hər kəs həddini bilsin”
Türkiyənin məşhur cütlüyü Halit Ergenç ilə Bergüzar Korel boşanacaqları barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Bir məkandan əl-ələ çıxan cütlük yayılan iddialara sərt reaksiya verib.
Halit ”Bu cür xəbərlər insanı kədərləndirir” deyib.
Korel onun sözünü kəsərək, “Bizim uşağımız var, hər kəs həddini bilsin”, - deyə sərt reaksiya göstərib.
“Qohumumuz üçün ev axtarırırdıq. Əmlakçı kim üçün ev axtardığımızı soruşdu. Qohumum ona axtardığımızı dedi. Sonra boşanma xəbərləri yayıldı. Bu cür şayiələr yaymaq ayıbdır. Gördüyünüz kimi, boşanmırıq”, - deyə aktyor əlavə edib.












