Tanınmışlar “2 mal” üçün bir araya gəldi – FOTOLAR
Nizami Kino Mərkəzində “2 mal” filminin təqdimat mərasimi baş tutub. Yeni mövsümün ilk təqdimatına şou-biznesin tanınmış simaları qatılıb. Qırmızı xalı üzərindən keçən ekran işinin rejissoru Rafael Bağırov, baş rol ifaçıları Mənsur Şərif, Rəsul Abbasov və digər aktyor heyəti film haqqında təəssüratlarını bölüşüb.
R.Abbasov bildirib ki, “İş axtarışında olan iki gənc “Adımız sanımız var” deyə-deyə özlərinə uyğun bir iş tapa bilmədikləri üçün və kredit borclarının həddindən artıq çox olduğu üçün axırda dayə olmaq qərarına gəlib, bir imkanlı şəxsin evinə üz tuturlar. Amma bu proses onlara heç də ucuz başa gəlmir. Uşağın itməyi bir tərəfdən, uşağın atasının xəbər tutması bir tərəfdən, köhnə borclar bir tərəfdən onları gözləmədiyi günlərə salır. Amma bu iki gəncin (Qulam və Əmirin) köməyinə elə öz uşaqlıqları çatır. Sonda isə iki malın kim olduğu ortaya çıxır. Əminik ki, tamaşaçılar da çox filmi izərkən çox əylənəcək”.
Sonda çəkiliş qrupu qonaqlarla birlikdə filmi izləyib.
Qeyd edək ki, təqdimat mərasiminə qatılanlar arasında Vüqar Muradov, Çinarə Məlikzadə, Üzeyir Mehdizadə, Yaşar Yusub, Emil Bədəlov, Vasif Əzimov, aktrisalar Pərvin Abıyeva, Nərgiz Əliyeva, Gülşən Hüseynli, Ülfət Bəşir, Pərvanə Qafarova, Asya Atakişiyeva, , prodüser Təranə Səmədova, rəqqasə Renka, rejissorlar Elvin Abdulla, Kənan MM, musiqiçi Hüseyn Məhəmmədoğlu, modellər İlqar Əliyev və başqaları olub.

















