"Eurovision" iştirakçısı Azərbaycanda turizmin inkişafına töhfə vermək istəyir
Müğənninin klipi həm Azərbaycanda, həm də ölkədən kkənarda nümayiş etdiriləcək
Müğənni Dilarə Kazımova çoxdan gözlənilən "Azərbaycan" layihəsini təqdim edib və bununla ölkədə turizmin inkişafına böyük töhfə verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, layihənin ideyası müğənninin özünə məxsusdur, lakin onun reallaşdırılmasında prodüsser Nigar Məmmədovanın böyük rolu olub. Kazımova keyfiyyətli iş təqdim etmək üçün bir az əziyyət çəkməli olub və işinin nəticəsindən razı qalıb.
"Mən Azərbaycan barədə çoxlu sayda təqdimat roliklərinə baxdım və başa düşdüm ki, yenisini çəkməliyəm. Mənim rolikimdə ölkənin gözəllikləri ritmik musiqi sədaları altında göstərilməlidir. "Azərbaycan" kompozisiyasının musiqisi mənə, sözləri isə Nigar Məmmədova və Almaniyada yaşayan bacım Leyla Kazımovaya məxsusdur. Aranjemanı isə Givi Usinaşvili edib", — Kazımova deyib.
Klipdə 60-dan çox adam çəkilib. Çəkişilər şəhərin mərkəzində, əsasən İçərişəhərdə 4 gün ərzində davam edib.










