Xəyalları onu Azərbaycandan Türkiyəyə aparıb...
Azərbaycanlı müğənni Naira Türkiyədə “Risk” adlı mahnı yazdırıb. Türkiyə mətbuatının məlumatına görə, məşhur “Özdemir Plak Müzik” şirkəti ilə müqavilə bağlayan müğənni artıq bu şirkətlə çalışacaq.
"Risk” mahnısının sözləri Ayşe Birgül Yılmaza, musiqisi isə bəstəkar Pərviz Mahmudova məxsusdur.
Mətbuatın yazdığına görə, Azərbaycanda büynəlxalq müasibətlər fakültəsində təhsil alan müğənni xəyallarının onu Türkiyəyə gətirdiyini deyib: “Uzaqdan baxdım və mənə gülümsəyən xəyallarımın dalınca düşüb Türkiyəyə gəldim. Xəyallarla reallığın məsafəsi bəzən çox böyük ola bilir. Mən hər riski gözə aldım. Özümü burada yad kimi hiss etmirəm, Türkiyə mənim ikinci ölkəmdir. Hələ burada yeniyəm, iddialı fikirlərim yoxdur. Bilirəm ki, Türkiyədə sənətçi, müğənni çoxdur. Hər şey ola bilər, mahnımda deyildiyi kimi sınamadan bilmək olmaz. Minlərlə ulduzlar arasında mütləq bir yer var”.











