“Yeni ulduz” müsabiqəsi ilə tanınan müğənni Elnar Xəlilov evlənir
“Yeni ulduz” müsabiqəsi ilə tanınan müğənni Elnar Xəlilov evlənir. “Qafqazinfo” xəbər verir ki, o, şairə Aysel Nəcəfli ilə ailə qurmaq qərarına gəlib.
Cütlüyün elçilik mərasimi 6 sentyabr tarixində baş tutub. Elnar iki gün əvvəl instaqramda sevgilisinə evlilik təklifi edən videosunu paylaşıb.
“Uzun müddət ərzində bir dəfə də olsun ki, əlindən tutmadım. Aramızda kirli düşüncələr olmadı, bir-birimizi saf sevdik. Barmağım belə sənə toxunmadı. Amma çox istərdim ki, əlindən tutaraq üzüyü taxım. Amma halalım deyilsən. Qarşında diz çökmüyəcəm, çünki sən də bunu diləmirsən. Üzüyü özün barmağına tax” – deyə Elnar bildirib.










