Müğənni Zamiq Hüseynov konsert vermək qərarına gəlib.
Bu barədə sosial şəbəkədə məlumat yayıb.
Daha sonra Zamiq Hüseynovun meneceri Şahin Qurbanov da təsdiqləyib. O, tezliklə müğənninin böyük bir konsertə imza atacağını, lakin məkan və tarix barədə dəqiq qərar verilmədiyini bildirib.
Qeyd edək ki, Zamiq sonuncu dəfə mayın 5-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında solo konsert verib.










