Təranə Qumral və Musa Musayevin klipində onların qızı ilə kürəkəni çəkildi
Yayın bitməsi, yeni sezonun başlaması ilə iş başına keçən müğənnilər sırasına Təranə Qumral–Musa Musayev cütlüyü də qoşulub.
Təranə-Musa cütlüyü “Qıyma bu sevgiyə” adlı duetinə klip çəkdirir.
Ekran işində sevgililərin rolunu onların qızı Qumral və onun həyat yoldaşı Natiq oynayıb. Yaxın günlərdə təqdim olunacaq klipin rejissoru Təranə Qumral və Musa Musayevdir.










