Azərbaycanlı aktyorlar məşhur “Savaşçı”ya çəkilir – FOTOLAR
Azərbaycanlı rejissor və aktyor Kənan M.M. Türkiyənin məşhur “Savaşçı” serialına çəkilir.
“Hazırda çəkilişlərdəyəm. “Savaşçı”da yüzbaşı Bəxtiyar obrazını canlandırıram. Bəxtiyar azərbaycanlı zabitdir. Biz iki xalqın hərbçiləri olaraq birlikdə döyüşə gedəcəyik. Ölkəmi təmsil etdiyim üçün qürurluyam. Serialda nə qədər rol alacağım bəlli deyil. Əsas odur ki, gözəl işdə yer alıram”.
Qeyd edək ki, Kənan M.M. ilə birlikdə ekran işində aktyor Elvin Əhmədov da çəkilir. O, seriala Kənan M.M-in təşəbbüsü ilə dəvət alıb.














