Müşviq ata olacaq: “Həkimlər deyir ki...”
Aktyor Müşviq Şahverdiyev yayda filmlərə çəkilməkdən imtina etməsinin səbəbini açıqlayıb.
Açıqlama verən aktyor deyib ki, buna səbəb onun sağlamlığında yaranan problemlər olub:
“Yay aylarında istirahət etdim və filmə çəkilmədim. 2014-cü ildən indiyədək ilk dəfədir ki, dincəldim. Bir çox yerlərə səfər etdim. Həm də mənim istiyə dözümüm yoxdur.
Bu o demək deyil ki, təkliflər yox idi. Sadəcə, bir neçəsini özüm dəyərləndirmədim. Sağlamlığımda problemlər yaranırdı. Hətta sonuncu filmə çəkiləndə mənim üçün tez-tez təcili yardım çağırılırdı. Çünki iş rejimi, yuxusuzluq məndə təzyiq problemi yaratmışdı”.
M.Şahverdiyev çəkiləcəyi yeni filmdəki tərəf müqabilinin kimliyini açıqlayıb:
“Yeni filmin çəkilişlərinə başlayacağıq. Adını hələ deməyəcəm, çünki tezdir. Lakin baş rolda mən və müğənni Damla düşünülüb”.
8 ay öncə ailə həyatı quran aktyor ata olacağını bildirib:
“İnşallah, övladımın dünyaya gəlməsi fevral ayına təsadüf edəcək. Həkimlər deyir ki, oğlum olacaq. Allahın qismətidir. Oğlan və ya qız ,mənim üçün fərq etməz. Əsas odur ki, sağlam övlad sahibi olaq”.










