Niyə narahat olub, ağlamalıdırlar?” – Samir qəzəbləndi
Müğənni Samir Cavadzadə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
ifaçı açıqlamasını sosial şəbəkədə bölüşüb:
“Bu məlumatlara görə, niyə ailə üzvlərim narahat olub, mənə ağlayaraq zəng etməlidir? Bəli, 1 həftədir ki, nasazam. Amma məlumatda yazıldığı kimi konyuktivit deyil. Öd kisəsi ilə bağlıdır. Konyuktivit nə halda olmalıdır ki, xəstəxanaya düşəsən. Mən gündəmdən və efirdən qaçan insanam və bu cür yersiz reklamlar mənə xas deyil”.
Qeyd edək ki, müğənninin səhhəti ilə bağlı açıqlamanı Roza Zərgərli konserti ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi.










