“Videomu yayan şəhid qardaşıdır, onu bağışlayacam” – Mətanət gizli məqamları açdı
Kişilərlə içki içdiyi zaman çəkilən videosu ilə gündəmi zəbt edən müğənni Mətanət Əsədova “Hər şey daxil” verilişinin qonağı olub.
ifaçı bildirib ki, hər şey video görüntülərdə olduğu kimi deyil:
“Gəncədə toydan çıxıb müğənni Valehin qohumunun toyuna, Şamaxıya gedirdik. Bizi məclisə aparan adam dedi ki, gəlin, yemək yeyək. Oturduq, o şəxsin başqa qonağı gəldi, əvvəllər Daxili İşlər Nazirliyində işləyib, indi çalışmır. O oturduğumuz adamların hamısını tanıyıram. Videonu çəkən adamın adını çəkmək istəmirəm. Kişi adına xələl gətirən həmin şəxsi bağışlayacağam. Çünki Azərbaycan kişisi adına xələl gəlsin istəmirəm. Onu şəhid qardaşı olduğu üçün bağışlayıram. Anasının xətrinə məsələni bağlayacam”.
İfaçı aparıcı Sərxan Kərəmoğlunun “Azərbaycan qadınının adına ləkə gətirir” sözlərinə də münasibət bildirib:
“Azərbaycan kişisinin adına ləkə gətirən, səni bağışlamayacağam. Səni həkimə aparacağam, özünü kişi kimi sübut edərsən. Gah yanımda göz yaşı tökürsən, gah efirə çıxardıb məni öpürsən. Səndən hər şey gözləmək olar”.










