Rəqqasə Xuraman cuşa gəldi: Mahnını o qədər sevdim ki...
Əməkdar artist Röya Ayxanın "Mənə sevgindən bəhs et" mahnısı artıq hitə çevrilib.
Dinləyicilərin ixtiyarına verildiyi gündən böyük marağa səbəb olan mahnı rəqqasə Xuramanı ilhama gətirib.
O, musiqi parçasına maraqlı rəqs qurub. Xoreoqrafiya hərəkətləri ilə qurulmuş rəqs baleti xatırladır.
Xuraman rəqsi qısa müddətdə qurduğunu deyib:
"Janrım bu olmasa da, mahnını o qədər sevdim ki, yarım saata rəqsini qurdum".










