Mətanət əsəbləşdi
Aparıcı Mətanət Əliverdiyeva əməliyyat olunması barədə mediada yayılan xəbərlərə aydınlıq gətirib.
Mətanət jurnalistlərə qəzəbləndiyini sərt şəkildə bildirib: “Çox qəribədir. Verilişdə idim, çox əsibiyəm. İndi baxıram, yazıblar ki, Mətanət ağır əməliyyat keçirib, tərpənə bilmir. Tərpənə bilməyən insan işə gəlir, kameranı götürüb, çəkilişə gedir? Bu dezinformasiyanı yayan kimdir? Ağır vəziyyətdə elə onun əzizi yatsın. Kim ki, məni istəmir, Mətanətin daşı onun başına düşsün. Mətanət işdədir. Hazırda da “5 gəlin”in çəkilişindədir. Savadsız saytlar və savadsız jurnalistlər, belə getsə, bu peşənin axırı olmayacaq. Bu, jurnalistlərin hamısına həvalə olunmur”.










