"Toppuş bacı", xərçəng xəstəliyi və ucuz PR
Ötən gün aparıcı hacı Nuran "Toppuş bacı" kimi tanınan, əməkdar artist Tünzalə Əliyevanın xərçəng xəstəliyinə tutulduğu barədə məlumat yayıb.
Aktrisanı Milli Onkoloji Xəstəxanada ziyarət edən Hacı Nuran ona dəstək olduğunu deyib: "Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən. Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da ... Amma burada bir dərman da var: inam. İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona "Allah şəfa versin" deyib, ən xoş arzularımı diləyirəm. Məgər, məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi? Gəlin, hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, "Toppuş bacı" obrazını canlandıran, təkrarolunmaz aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək olaq".
Hacı Nuranın Ağayeva ilə bağlı paylaşımını yüzlərlə insan öz səhifəsində bölüşüb, əsasən də, sənət adamları aktrisaya dəstək olub. Tünzalə Əliyeva ilə bağlı isə o əməliyyata girmədən video çəkiliş edilib. O, ağlayaraq yaxşı olacağına inandığını bildirib.










