Flora Kərimova-Röya qalmaqalı yenidən gündəmdədir: “Səbrimi doldurdu”
Xalq artisti Flora Kərimova ilə Röya arasında yaşanan qalmaqal yenidən qızışıb.
Flora Kərimovanın ifaçı haqda dediyi sözlər Röyanın xoşuna gəlməyib. Belə ki, Kərimova müsahibəsi zamanı Röyanın səs diapozonunun kiçik olduğunu deyib: "Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozonu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var".
Röya isə onun szlərinə sosial şəbəkədə münasibət bildirib. O, F.Kərimovanın qızı Zümrüdə müraciət edərək yazıb: “Zümrüd, xahiş edirəm, bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə (Flora Kərimovanın meneceri) de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu”.










