Röyadan Aygünə irad: “Məni onların yanında alçaltdın, mən isə...”
Əməkdar artist Röya Ayxan məhkəməlik olduğu həmkarı Aygün Bəylərə barışıq addımı atıb.
A.Bəylər ilə qızının fotosunu paylaşan Röya onu bağışladığını deyib: “Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Ata, anamın yanında alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı “haram” adlandırdın. Səni izləyərkən həyatıma nifrət etdim.
Ağlayaraq yaradana sənə cavab verməsini dedim. Amma o an unutdum ki, sənin qızın var və o mən yaşayanın 50 faizini doğularkən yaşayıb. “Günahlarımız onların boynuna yazılar”, - deyirlər. Bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntün çıxdı, gözlərim doldu və mən səni bağışladım. Allah da bağışlasın, istəyərəm”.
Qeyd edək ki, A. Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər deyib, onu sənətkar adlandıranları qınamışdı. Röya həmkarını məhkəməyə vermiş və 50 min manat təzminat istəmişdi.
Məhkəmə isə R. Ayxanın iddiasını rədd etmişdi.











