Ebrunun sevgilisi arvadını həbs etdirir: 50 milyonluq dava...
Türkiyənin məşhur aparıcısı Ebru Şallının sevgilisi Uğur Akkuş keçmiş həyat yoldaşını məhkəməyə verib.
O may ayında boşandığı həyat yoldaşı Gonca Akkuş tərəfindən şantaj edildiyini iddia edib.
Biznesmen bildirib ki, Gonca ondan 50milyon lirə istəyib, verməsə, biabır edəcəyi ilə hədələyib.
Akkuşun ərizəsindən sonra Goncaya qarşı istintaq başladılıb. Onun 3 ilə qədər həbsi tələb edilib.
Akkuşun dostu məhkəmədə şahid qismində çıxış edib. O, deyib ki, Gonca və Uğurun yanlarında olub və Uğurun şantaj olunduğuna şahiddir.










