Küsülü olan Aygün və Röyanı öz konsertində bir araya gətirdi
Dünən gecə azərbaycanlı rəqqasə Zara möhtəşəm konsert verib. Məlumata görə, rəqqasə gecəsinə dostluq etdiyi müğənnilər xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, Zamiq, Miri Yusif, Sevda Yəhyayeva, Samir Bağırov və başqaları təşrif buyurub. Aparıcılığını Sərxan Kərəmoğlu və Afaq Gəncəlinin etdiyi gecədə səbəbkar fərqli rəqslərini təqdim edib. Bundan başqa rəqqasə konsert zamanı yeni klipini də nümayiş etdirib.










