“Eşkiya”nın aktyoru Bakıya gəlir
Türkiyənin məşhur aktyoru Levent Özdilek Bakının qonağı olacaq.
Aktyor mayın 4-ü pataxtımıza gələcək və ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştirak edəcək.
Qeyd edək ki, hazırda L.Özdilek “Eşkiya dünyaya hükümdar olmaz” serialında oynadığı “Pudra Hakkı”obrazı ilə gündəmdədir.










