“Aygünə atmaca atmamışam" – Röya
Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovaya söz atması barədə yazılan xəbərlərə münasibət bildirib.
Müğənni xalq artistinə söz atmadığını deyib: “Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam. Mənim adımdan başqasını zəhmətini alçaldan, guya, atmaca atdığımı deyənlər cavab verin”.
Qeyd edək ki, Kazımova müsahibələrinin birində “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərini demişdi. Röya isə “Xəzər maqazin”ə açıqlamasında “Həyatımda adam varsa da, yoxsa da işləyirəm”, - deyə Kazımovanın fikirlərinə münasibət bildirmişdi.
Daha sonra mayın 5-də verməyə hazırlaşdığı konsertdən danışan Röya bunları əlavə edib: “Konsertdə nə göydən sallanacağam, nə də şpaqat açacağam”.
Məlumat üçün deyək ki, A.Kazımova sentyabrın 18-i baş tutan konsertində göydən sallanmışdı. Onun bu addımı müzakirələrə səbəb olmuşdu.










