12 il sonra Röya ilə Malik bir araya gəldilər – FOTOLAR, VİDEO
Müğənni ABD Malik həmkarı Röya Ayxanla ifa etdiyi “Gəlmədin” adlı duetə çəkilən klipə təqdimat mərasimi keçirib.
12 il öncə keçmiş “Dəyirman” qrupu və əməkdar artistin ifa etdiyi mahnıya yeni nəfəs verən ifaçılar bəstəni fərqli tərzdə təqdim ediblər.
Röya “Gəlmədin”lə bağlı təəssüratlarını bölüşüb: “Dəfələrlə yazırdım ki, mənə link at, izləyim. Hər dəfə də “Heç yerdə paylaşma” deyirdi. Çox bəyəndim. Mahnı da tam başqa oldu. Yaxşı ki, bu işə əl qoydu. 2006-cı ildə klip çəkmişdik. İlk dəfə təklif məndən gəlmişdi. Bir müddət sonra isə Malik özü dedi. Artıq yeni nəslin də bu mahnıdan xəbəri olacaq”.
ABD ərsəyə gələn iş haqda bunları deyib: “Bu təsadüfən oldu. Ümumiyyətlə, isə mahnı tamam başqa cür olmalı idi. Sözlər və musiqi tam hazır idi. Hətta, klip də çəkilmişdi. Məndə belə bir xasiyyət var. Əgər gördüyüm işi bəyənmirəmsə, onu təqdim etmirəm. Bir il keçəndən sonra mahnının növbəti dəfə studiyada eşitdim. Anladım ki, “Gəlmədin” mahnısının melodiyası ilə uyğundur. Nəqarəti olduğu kimi saxladıq”.



















