İngiltərənin ilk hicablı gözəllik kraliçası ola bilər – FOTOLAR
Mariya adlı 20 yaşlı ingilis qız ölkəsinin ilk hicablı gözəllik kraliçası ola bilər.
Sosial işçi olaraq çalışan, məqsədi müsəlmanlara qarşı stereotipləri qırmaq olan gənc qız ilk hicablı müsəlman xanımdır.
Birmingham şəhərində keçirilən müsabiqədə qalib gələn və “Miss Birmingham” adını qazanan Mariya bildirib ki, qalib gəlmək şansının az olduğunu düşünür. O, əlavə edib ki, finalda çimərlik geyimi geyinib-geyinməməkdə tərəddüd edir və burkini (Hicablılar üçün çimərlik geyimi) geyinməyi düşünür.
Qeyd edək ki, müsabiqənin yarımfinalı iyul ayında keçiriləcək.














