Yaşar Yusub Rusiyada verdiyi konsertdən danışdı
Müğənni Yaşar Yusub Rusiyada verdiyi konsertdən danışıb.
Müğənni türkiyəli həmkarları ilə səhnəni bölüşdüyünü deyib: “Gözəl gecə oldu. Azərbaycanlı müğənnilər arasında ilk səhnəyə çıxan mən oldum. Həmvətənlərimizlə görüşdük, söhbət etdik. Onların sevgisini hiss etmək gözəldir. Demək olar ki, daha çox Türkiyəyə və Rusiyaya dəvət alırıq. Çünki dillərini daha yaxşı bilirik. Mən Amerikada da çıxış etmişəm. Harada məni görmək istəyirlərsə, sevə-sevə gedirəm”.
Y.Yusub müğənni-prodüser münasibətlərindən də bəhs edib: “Bəzi həmkarlarım prodüsersiz işləyir. Amma yaxşı prodüser işin əsas hissəsini görən insandır. Onlar bizə kömək olur. Mən də Anar Mədətovla çalışıram. Çox gözəl işbirliyimiz var. Hər şey əladır”.










