Sosial şəbəkənin yeni trendləri: “Onlar rəqslə məşhur oldular” - VİDEOLAR
Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Zaman-zaman müxtəlif rəqslər, hərəkətlər bu platformada sürətlə yayılır və fenomenə çevrilir. Insanlar həmin cərəyana qoşulur və ortaya əyləncəli görüntülər çıxır.
Silahlı öpücük – Hind filmlərində qadınların kişilərə sevgisini göstərmək üçün göstərilən bir jestdir. Hindistandan sonra dünyada geniş yayılıb.
Thattathin Marayathunun musiqisi sədaları altında edilən jest əsasən cütlüklərin sevimlisidir. Son günlər insanlar həmin hərəkəti təkrarlayaraq çəkilən videoları öz şəxsi səhifələrində paylaşırlar. Sözügedən görüntülər isə milyonlarla baxış sayı gətirir. Bu jestlərlə məşhurlaşan şəxslər də az deyil.
Dame Tu Cosita ( Yadplanetli rəqsi) - sosial şəbəkələrin trendinə çevrilmiş yeni axındır. Dünyanın dörd bir yanından insanlar yaşıl yadplanetlinin hərəkətlərini təkrarlayaraq video çəkir və öz səhifəsində paylaşır.
Scooby Doo papa – sədaları altında rəqs edib, video lentə almaq da son günlər populyarlaşıb.
Karma is bitch - baxımsız insanların dəyişməsindən ibarət videodur. Əsasən, bu axın Çində yayılıb.
Balıq quyruğu - Sosial şəbəkənin yeni trendi isə balıq quyruğu qaşlar olub. Sözügedən trend bəzi istifadəçilərin xoşuna gəlsə də, digərlərinin sərt reaksiyası ilə qarşılanıb. Huda Kattan adlı “make up” ustası tərəfindən ortaya atılan bu dəbin ömrünün nə qədər olacağı bəlli deyil.
Qaş rəqsi – sosial şəbəkədə fenomenə çevrilsə də, digərlərinə nisbətən daha az yayılıb. İnsanlar musiqinin ritminə uyğun öz qaşlarını hərəkət etdirir.










