Arda Turan təmtəraqlı toydan imtina etdi - FOTOLAR
Məşhur futbolçu Arda Turan ailə qurub.
Futbolçu 3 ilə yaxındır, münasibətdə olduğu Aslihan Doğanla nikah masasına oturub.
Cütlüyün nikah şahidliyini prezidenti Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürüb.
Afrin hərəkatında şəhid düşən əsgərlərə görə üzüldüyünü bildirən futbolçu təmtəraqlı mərasimdən imtina edib. O, Çubukludakı evində baş tutan sadə nikah mərasimi ilə kifayətlənib.














