“Pul önəmlidir, amma...” – Aktrisa
Aktrisa Ülfət Bəşir yeni yaradıcılıq işlərindən danışıb.
Aktrisa hazırda “Baldız” serialında rol aldığını dilə gətirib: “Baldız” serialımız uğurla davam edir. Sevərək çəkilirəm, hər şey ürəyimcədir. Hələ ki, istədiyim kimi film təklifi gəlmir. Bütün obrazlar eynidir. Mən isə tam fərqli iş istəyirəm. “Stalinin başı” filmi ilə böyük uğura imza atdım. Bundan sonra o filmdən aşağı səviyyədə olan işdə rol ala bilmərəm. Bir filmlə insanların qəlbinə yol tapdım. Bunun səbəbi uğurlu işdir. İş peşəkarlar tərəfindən görülməlidir. O zaman ürəklə filmdə çəkilərəm. Hər insan özünə qiymət verməlidir. Bəzən aktrisalar deyir ki, pul çox önəmlidir. Bəli, pul önəmlidir. Amma pul sənətin qarşısına keçməməlidir. Mən gənc aktrisayam, puldan çox, keyfiyyətli iş haqqında düşünürəm. Mənim böyük məbləğdə qonorar tələb etməyim doğru deyil”.










