Brillinat Dadaşovanın konsertində anşlaq yaşanıb – FOTOLAR
Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konsert proqramı ilə çıxış edib.
Xalq artisti 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı ilə yeni və repertuarındakı sevilən mahnılarını səsləndirib. Gecədə bəstəkarlar Vaqif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova müğənnini royalda müşayiət ediblər.
Anşlaqla keçən konsertdə sevənləri xalq artistini gül-çiçək yağışına tutub. Konsert bitdikdən sonra Dadaşova yenidən səhnəyə qayıtmalı olub. O, tamaşaçılarla “Bəri bax” mahnısını ifa edib. İfaçı xanım xalq mahnılarını estrada musiqisinin pərəstişkarlarına sevdirməyi ilə qürur duyduğunu dilə gətirib.
Qeyd edək ki, konsert Azərbaycan televiziyası tərəfindən lentə alınıb.















