Gökhan “O səs Türkiyə”dən getdi
“Athena” rok qrupunun solisti Gökhan Özoğuz artıq “O səs Türkiyə” mahnı müsabiqəsinin münsifi olmayacaq. G.Özoğuz yarışmadan birdəfəlik getdiyini açıqlayıb: “Proqram yeni bitib. Yarışmaya görə musiqidən uzaqlaşdım. Bundan sonra “O səs Türkiyə”də olmayacağam, musiqiyə ağırlıq verəcəyəm”.
Qeyd edək ki, o, 2014-cü ildən müsabiqənin münsifi olmuşdu. Onun komandasına daxil olan üç nəfər (Hasan Doğru, Emre Sertkaya, Lütfiye Özipek) çempion seçilmişdi.










