Aygün Kazımova konsert verdi - FOTOLAR
Müğənni fevral ayının 24-ü Belarusiyanın paytaxtı Minsk şəhərində səhnəyə çıxıb.
Konsert Minskin ən elit məkanlarından sayılan "Opera" səhnəsində baş tutub. Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Vaqif Gərayzadənin bədii rəhbəri, Anar İsayevin isə musiqi rəhbəri olduğu musiqi ansamblı müşayiət edib.
Aygün Kazımovanın səhnə geyimləri də xüsusi diqqət çəkib.















