Məleykə Əsədova “Maşın” şouda iştirak edəcək? - FOTOLAR
Aktrisa Məleykə Əsədova yeni tamaşa ilə tamaşaçıların qarşısına çıxacaq.
Aktrsa fevralın 24-də hər kəsi Akademik Milli Dram Teatrına dəvət edib: “Hər şey gözəldir. Daxilim gözəldir deyə, hər şeyi gözəl görürəm. Fevralın 24-ü “Mənim günahım” tamaşam var, tamaşaçıları dəvət edirəm. Çox istəyirəm ki, ancaq sənətimlə gündəmə gəlim. “Cəhənnəm sakinləri” tamaşası anşlaqla qarşılandı, tamaşaçılar sevə-sevə baxır. Səhnədəyəm, Allah məni səhnədə var etsin. Tamaşaçı alqışları da daim mənimlədir. Bu günümə şükür edirəm”.
Aktrisa may ayında başlayacaq “Maşın” şouda iştirak edəcəyi barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Mənə təklif gəlməyib. Olsa da, iştirak etməyə vaxtım yoxdur. Mən teatr aktrisasıyam, tamaşalarım var. Murad Dadaşova böyük hörmətim var. Kimlər də iştirak edir, qazanırsa, uğurlar arzulayıram”.












