Türkiyənin ulduzları Bakıya gəlir
Türkiyənin tanınmış modelləri Çağla Şikel, Özge Ulusoy, Merve Büyüksaraç, Tuba Melis Türk, Didem Soydan və başqaları Bakının qonağı olacaq.
Onlar “Dosso Dossi Fashion Show”da podiuma çıxacaqlar. Gecəyə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva qatılacaq.
Bundan başqa, moda nümayişində Rusiyanın tanınmış müğənnisi Soso Pavliaşvili, Azərbaycanın əməkdar artisti Röya Ayxan da çıxış edəcək.
Qeyd edək ki, moda gecəsi martın 1-3 tarixlərində keçiriləcək.










