Flora Kərimova: “Anar yaxşı ki, məni uşaq etməyib”
Xalq artisti Flora Kərimova stilist Anar Ağakişiyevin onun imicini dəyişməsindən bəhs edib.
Xalq artisti özünü tanımadığını bildirib: “Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl, səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikcə mürgüləydirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın içində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona “sağ ol” deyirəm. Anar “İşinin ustasıdır. Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz bu insanları qorumalıyıq”.
Qeyd edək ki, A. Ağakişiyevin xalq artistinin imicini tamamilə dəyişməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Çoxları Kərimovanı tanımadığını qeyd etmişdi.










