“Çukur”un aktyoru canlandırdığı xarakterdən danışdı: "Əmin deyiləm"
Azərbaycanda da maraqla izlənən “Çukur” serialında İdris Koçovalı rolunu canlandıran aktyor Ercan Kesal tamaşaçılardan gördüyü böyük maraq və sevgiyə təəccübləndiyini bildirib.
İdris baba xarakteriylə diqqətləri üzərinə toplamağı bacaran aktyor rejissordan da bu sevginin səbəbini soruşduğunu deyib.
Aktyor qeyd edib: “Bu rəğbətin sosial bir səbəbi olmalıdır. Oynadığım xarakter sevilməyə dəyərmi? Əmin deyiləm”.










