“Onun 24 yox, 30 yaşı var” – Günaydan sevgili xəbərinə münasibət
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın özündən 7 yaş kiçik olan rejissorla sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Model sözügedən rejissorla dost olduğunu deyib:
“Hürriyet Berkay İnan sevgilim deyil. Ən yaxın dostlarımdan biridir. Özü də onun 24 yox, 30 yaşı var. Jurnalistlər birinci dəfə deyil ki, mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.










